İİTKM-in əməkdaşları Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumuna dəvət alıblar
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə təşkil olunacaq AİB-Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda təqdimatla çıxış etməklə bağlı dəvət alıblar. Bu ilin noyabr ayında keçirilməsi planlaşdırılan forum post COVID-19 dövründə turizm sənayesinin iqtisadi potensialının açılması (Unlocking the Economic Potential of Tourism Industry post COVID-19) mövzusuna həsr edilib.
Qeyd edək ki, bu forum Asiya regionunda beyin mərkəzləri arasında keçirilən ən nüfuzlu tədbirlərdən biridir və beynəlxalq auditoriyaya malikdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları Ramil Hüseyn, Rəşad Hüseynov və Ayaz Müseyibov koronavirus (COVID-19) pandemiyasının Azərbaycanın turizm sektoruna vurduğu zərər və postpandemiya dövründə turizmin inkişaf imkanları ilə bağlı apardığı tədqiqatın nəticələrini təqdim edəcəklər. Həmçinin təqdimatda turizm sektorunun inkişaf perspektivləri iqtisadi multiplikatorlar vasitəsi ilə müəyyən edilən nəticələr açıqlanacaq və müvafiq olaraq bu istiqamətdə görüləcək tədbirlərlə bağlı təkliflər irəli sürüləcəkdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib