İİTKM-in əməkdaşı “Səhiyyə sistemi” işçi qrupunun iclasında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə söbəsinin müdir müavini Səbinə Cumazadə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun iclasında iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev iclas zamanı müzakirə edilən tədbirlərin profil strukturlarına müvafiq rəy və təkliflərin verilməsində aparılan işlərin səmərəliliyi baxımından əhəmiyyətini vurğulayıb.
Səhiyyə nazirin müavini Rasim İsmayılovun sədrliyi ilə keçirilən iclasın gündəliyində işçi qrupun yeni üzvlərinin təqdim olunması, Fəaliyyət Planı üzrə icra edilən işlərin təhlili, əvvəlki görüşün nəticələrinə dair protokolun Qərar hissəsindəki tapşırıqların vəziyyəti barədə müzakirələrin aparılması yer alıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi (İİTKM), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB), həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun məsul şəxsləri iştirak ediblər.
İclasda, həmçinin TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Dövlət proqramları şöbəsinin müdiri Səkinə Qurbanovanın, İİTKM-nin Monitorinq və qiymətləndirmə söbəsinin müdir müavini Səbinə Cumazadənin və digər iştirakçıların çıxışları dinlənilib.
Təqdimatlardan sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib.
İclasın yekunlarına əsasən, 2025-ci ildə “Səhiyyə sistemi” İşçi Qrupunun iclaslarında müzakirə olunacaq məsələlər və növbəti addımlar müəyyənləşdirilib.







Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir