İİTKM-in əməkdaşı Çində “CAREC regionunda süni intellektdən istifadə” mövzusunda tədbirdə çıxış edib
Çin Xalq Respublikasının Urumçi şəhərində rəhbər şəxslər üçün “CAREC regionunda süni intellektin sosial və iqtisadi transformasiya proseslərində tətbiqi” mövzusuna həsr olunmuş liderlik üzrə təlim seminarı keçirilib. Təlimdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova təqdimatla çıxış edib.
Aygün Əhmədova Azərbaycanın süni intellekt üzrə milli prioritetlərini, dövlət proqramlarının monitorinqində Sİ əsaslı yanaşmaların tətbiqini, eləcə də Rəqəmsal Ticarət Qovşağının fəaliyyətində aparılan yenilikləri diqqətə çatdırıb. O, həmçinin İİTKM-in “Azexport.az” platformasının “Made in Azerbaijan” brendinin təşviqində rolu və “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School” proqramının sahibkarlıq ekosisteminə verdiyi töhfələr barədə danışıb.
İİTKM-in monitorinq və qiymətləndirməsini həyata keçirdiyi “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın idarəetmə, məlumat infrastrukturu, kadr hazırlığı və innovasiya mühitinin inkişafı üzrə əsas istiqamətləri, milli superkompüter mərkəzlərinin yaradılması, Sİ Akademiyası təşəbbüsü və sənaye zonalarında Sİ tətbiqlərinin genişləndirilməsi kimi addımlar təqdim edilib.
Aygün Əhmədova rəqəmsal ticarət ekosisteminin genişləndirilməsi, e-imza sisteminin modernləşdirilməsi və transsərhəd rəqəmsal xidmətlərin inkişafı sahəsində görülən işləri vurğulayıb, CAREC çərçivəsində əməkdaşlıq üçün kadr hazırlığı, yaşıl enerji və rəqəmsal infrastruktur, yüksək performanslı hesablama tətbiqləri, startap ekosistemi və dövlət sektorunun rəqəmsal transformasiyası kimi sahələrin böyük potensiala malik olduğunu qeyd edib.
Tədbir CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu, Çin Xalq Respublikasının Maliyyə Nazirliyi, Asiya İnkişaf Bankı İnstitutu və Urumçi şəhərinin yerli icra hakimiyyəti tərəfindən təşkil olunub. Seminarın əsas məqsədi CAREC regionunda süni intellektin (Sİ) sosial-iqtisadi inkişaf üçün yaratdığı imkanların qiymətləndirilməsi, rəhbər şəxslərin strateji bilik və idarəetmə bacarıqlarının gücləndirilməsi, həmçinin regional əməkdaşlıq və təcrübə mübadiləsinin təşviq edilməsi olub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib