İİTKM-in department rəhbəri KOB-ların gücləndirilməsinə dair beynəlxalq konfransda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində çıxış edib. O “Siyasət cavabları” adlı panel müzakirəsində mikro, kiçik ve orta biznesin inkişafında dövlət dəstəyinin rolu ilə bağlı təqdimat edib.
Qeyd edək ki, Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 18-ci illik toplantısı Bakıda keçirilib. İlk dəfədir ki, Azərbaycanda təşkil olunan toplantıda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların və İNSME-yə üzv olan qurumların nümayəndələri iştirak ediblər. Toplantının əsas məqsədi yaşıl inkişafda innovasiyaların rolunu təşviq etmək, qlobal böhranlar zamanı sahibkarlığın potensialını üzə çıxarmaq, KOB-ların enerji böhranlarının həlli yolları və hökumətlərin müdaxilə istiqamətlərini müzakirə etmək, yeni ideyalara sahib mütəxəssislər arasında şəbəkələşməni genişləndirməkdir.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) prezidenti Sergio Arzeni, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “ToJoy”un prezidenti və Belçikanın keçmiş baş naziri Yves Leterme, Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyinin baş direktoru Boyko Takov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov və digərləri çıxışlar ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib