İİTKM-in department rəhbəri beynəlxalq konfransda layihələrdən danışıb

İİTKM-in department rəhbəri beynəlxalq konfransda layihələrdən danışıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Layihələr departamentinin rəhbəri Rəşad Hüseynov Tiflisdə, “British Council”un Creative Spark (Yaradıcı Qığılcım) tərəfdaş fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edib. Konfransda Böyük Britanıyadan, eləcə də region ölkələrindən universitetləri, beyin mərkəzlərini, hökumətləri və özəl sektoru təmsil edən nümayəndələr iştirak edib.

  Müzakirələr zamanı iştirakçılar innovativ startupların yaradılması və onların fəaliyyəti, eləcə də inkişafı üçün lazımı şəraitin qurulması istiqamətində inkişaf etmiş və etməkdə olan ölkələrdə görülən işlər barədə fikir mübadiləsi aparıblar.

  Tədbir çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin department rəhbəri R.Hüseynov, İİTKM ilə Böyük Britaniyanın Newcastle Universiteti arasında icra ediləcək layihə barədə iştirakçılara ətraflı məlumat verib. R.Hüseynovun sözlərinə görə, layihənin icrasını təmin etmək üçün Azərbaycanın bir sıra universitetləri ilə əməkdaşlığa başlanılıb. Layihənin əsas məqsədi Azərbaycanda sahibkarlıqla bağlı məlumatlılığın təbliğ edilməsi və eləcə də onun keyfiyyətinin artırılması, gənc sahibkarlar tərəfindən yeni və innovativ “startup”ların yaradılması, inkişafı və böyüməsinə dəstək göstərilməsi, rəqəmsal təlim platformalarının inkişaf etdirilməsidir.

İİTKM-in department rəhbərinin təqdim etdiyi layihə ilə bağlı müzakirələr davam edəcək.

İİTKM-in department rəhbəri beynəlxalq konfransda layihələrdən danışıb
İİTKM-in department rəhbəri beynəlxalq konfransda layihələrdən danışıb