İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn Avstraliyada Asiya İnkişaf Bankı - Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2018-də Azərbaycanı təmsil edib. Forum Avstraliyanın paytaxtı Kanberra şəhərində Asiya İnkişaf Bankı və Avsraliya Milli Universitetinin təşkilatçılığı ilə keçirilib. Forumda 28 ölkədən dəvət olunan nümayəndələrin iştirakı ilə Asiyanın gələcəyi üçün insan kapitalının və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İki gün davam edən tədbirdə iştirakçılar formal təhsil, texniki - peşə təhsili və həyat boyu öyrənmə yolu ilə innovativ texnologiyalardan istifadə məsələləri, Asiya ölkələrində və Avstraliyada insan kapitalının inkişafı istiqamətində görülən işlərlə bağlı təcrübələrini bölüşüblər.
Qeyd edək ki, Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2013-cü ildən etibarən təşkil olunur. Bu Forumun məqsədi quruma üzv olan beyin mərkəzləri arasında iqtisadi artım və inklüziv inkişaf sahələrində fikir mübadiləsini təmin etməkdir.
2016-cı ildən etibarən Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edir. İİTKM –in nümayəndələri bundan öncə Hindistanda və Şir-Lankada da keçirilən forumlarda da müzakirələrə qatılıblar.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu