İİTKM əməkdaşları "MTradeVerse" platforması ilə tanış olublar
Azexport.az portalının rəhbəri Ayxan Qədəşov Türkiyənin İstanbul şəhərinə səfəri zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layiələri ilə yaxından əməkdaşlıq edən "MTradeVerse" platformasının ofisini ziyarət edib. Ziyarət ərəfəsində portal nümayəndələri ilə mövcud əməkdaşlıq istiqamətləri üzrə görülən işlər müzakirə olunub.
Hibrid rejimdə həyata keçirilən görüşdə İİTKM-in operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının rəhəbəri Məsumə Talıbova da iştirak edib.
Qeyd edək ki, Azexport, Rəqəmsal Ticarət Qovşağı və MTradeVerse platformasının birgə əməkdaşlığı çərçivəsində Azərbaycan sahibkarları üçün rəqəmsal biznes mühiti yaradılır.
Yeni platforma istifadəçilərinə aşağıdakı imkanları təqdim edilməsi nəzərdə tutulub:
- Yerli və beynəlxalq mağazalardan virtualla reallıq (VR) formatında onlayn alış-veriş etmək imkanı;
- Beynəlxalq konferanslara (VR) formatında spiker və ya dinləyici kimi qatılmaq imkanı;
- Onlayn təlim və seminarlarda (VR) formatında iştirak imkanı;
- Beynəlxalq sərgi zalında (VR) formatında stendlə təmsil olunma imkanı;
- (VR) formatında Rəqəmsal mülk və ya biznes əldə etmə imkanı;
- Onlayn rejimdə (VR) formatında işlə təmin olunma (məsafədən işləyən əməkdaşın təmsil etdiyi qurumun rəqəmsal ofisində işə başlaması və ya onlayn alış-veriş üçün mağazaya daxil olan müştərilərin qarşılanması və sair).









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib