İİTKM Dünya İqtisadi Forumunun Strateji zəka platformasında məzmun təchizatçısı olan ilk dövlət qurumudur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” (Strateji zəka) platformasına məzmun təchizatçısı olaraq üzv olub. İİTKM bu platformada məzmun təchizatçısı statusunu əldə edən ilk dövlət qurumudur.
Süni intellekt əsasında işləyən bu platforma istifadəçilərə 250-dən çox mövzu üzrə ən aktual strateji məsələləri araşdırmaq, ən son tendensiyaları izləmək imkanı verir. Məlumatlar “transformation map” adlı interaktiv və dinamik məlumat vizuallaşdırması vasitəsilə təqdim olunur. Transformasiya xəritələri istifadəçilərə mövzular arasındakı əlaqələri dərinləşmiş şəkildə araşdırmağa və anlamağa kömək edir.
Platformada qlobal beyin mərkəzləri, dünyanın aparıcı universitetləri, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat institutları məzmun təchizatçısı kimi çıxış edir.
Bu əməkdaşlıq İİTKM-nin ölkəmizin iqtisadi nailiyyətlərini, yerli və qlobal məsələlərlə bağlı ekspert rəylərini, eləcə də müxtəlif sahələrdəki aktual inkişafları daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradacaq.
Strateji zəka platforması həmçinin Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirmək və qlobal miqyasda iqtisadiyyat, sənaye, enerji və digər mühüm sahələrdə ölkəmizin nailiyyətlərini tanıtmaq üçün əvəzsiz bir vasitə rolunu oynayacaq.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib