İİTKM Dünya Bankı ilə əməkdaşlığı genişləndirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova ilə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl arasında görüş keçirilib. Görüşdə idarəetmənin təkmilləşdirilməsində monitorinq və qiymətləndirmənin rolu və Dünya Bankının Azərbaycanda milli monitorinq və qiymətləndirmə potensialının qurulmasına göstərdiyi dəstək müzakirə olunub.
Xanım Cəfərova Dünya Bankının Ölkə üzrə menecerinə Azərbaycanda monitorinq və qiymətləndirmə potensialının qurulması, Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirilmə metodologiyası və çərçivənin hazırlanmasında göstərdiyi dəstəyinə görə təşəkkür edib. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydasının” ortamüddətli xərclər çərçivəsi və dövlət maliyyəsinin idarə edilməsini təkmilləşdirməklə dövlət xərclərinin idarəedilməsində fiskal intizamı artırdığı qeyd olunub.
Xanım Sara Maykl monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanması və nəşr edilməsində, eləcə də dövlət proqramlarının nəticələrə əsaslanan monitorinq və qiymətləndirmə metodologiyası əsasında təhlili və bu sahədə dünyanın qabaqcıl sistemlərindən birinin qurulmasında İİTKM-in rolunu yüksək qiymətləndirib. Xanım Maykl monitorinq və qiymətləndirmə sahəsində dünyanın aparıcı qurumları və şəbəkələri ilə İİTKM arasında əməkdaşlığın qurulması və beynəlxalq qiymətləndirmə qurumlarına inteqrasiyası sahəsində dəstək verməyə maraqlı olduğunu bildirib. Eyni zamanda, Dünya Bankının Azərbaycandakı fəaliyyəti və hazırlanmaqda olan yeni ölkə strategiyası barədə məlumat verib. Yeni ölkə strategiyasında innovativ, rəqəmsal və bilik əsaslı iqtisadi inkişafa dəstək verəcək layihələrə və istiqamətlərə üstünlük veriləcəyini qeyd edib.
Sonda Dünya Bankına İİTKM-in beş illik yubileyinə dair icmal və Mərkəzin operator olduğu online platformalar barədə materiallar təqdim olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib