İİTKM-də Yerin təkinin geoloji öyrənilməsinə dair Dövlət Proqramı müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın 2023-cü il üzrə monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub. Müzakirə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold” QSC ilə birgə aparılıb.
Açılış nitqi ilə çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Dövlət Proqramının uğurla icra olunduğunu bildirərək 2023-cü il üzrə monitorinq nəticələri barədə məlumat verib. O qeyd edib ki, uğurlu antiterror əməliyyatından sonra Xankəndi və ətraf ərazilərin reinteqrasiyası Dövlət Proqramının icrasına müsbət təsirini göstərməklə yanaşı, həm də qarşıya qoyulmuş hədəflərdə müvafiq dəyişikliklər aparılmasını zəruri edir.
Daha sonra İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Salıfova bildirib ki, 2023-cü il üçün monitorinq Dövlət Proqramının 8 prioritet istiqamətini əhatə edən 43 tədbir, 77 alt-tədbir üzrə aparılıb. O, Dövlət Proqramının prioritetlərinin icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm layihələri diqqətə çatdırıb. Proqramın icrası çərçivəsində aparılan işlərin mövcud mineral xammal bazasının genişləndirilməsi, mineral xammala və yeraltı sulara (şirin, mineral, termal, sənaye) tələbatın ödənilməsi, dağ-mədən sənayesinin inkişafında vacibliyi vurğulanıb.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov proqram idarəetməsinə uyğun olaraq həyata keçirilən işlər barədə məlumat verib. Sonra Dövlət Proqramı üzrə əsas icraçı qurumlar olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərgold” QSC, Geoloji Kəşfiyyat Agentliyi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri çıxış edərək Proqramın icrasının sürətləndirilməsi istiqamətində rəy və təkliflərini diqqətə çatdırıblar.
Sonda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov İİTKM-in “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində olub, buranın fəaliyyəti barədə məlumat alıb.
Qeyd edək ki, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilməsi İİTKM tərəfindən həyata keçirilir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf