İİTKM-də yeni kadr təyinatı olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə iqtisad elmləri doktoru Bağış Əhmədov təyin edilib.
Bağış Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ekspert şurasının üzvüdür.
O, əmək fəaliyyətinə 1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant kimi başlayıb. 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2020–2025-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini vəzifəsində işləyib.
Bağış Əhmədov elmi və pedaqoji fəaliyyətinə 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasında başlayıb və 2014-cü ilədək burada müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2004-2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nəzdində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi və texnoloji elmlər” kafedrasında dosent vəzifəsində çalışır. O, 40-a yaxın elmi məqalə və tezisin müəllifidir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib