İİTKM-də Varşava Şərq Tədqiqatları İnstitutunun nümayəndəsi ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Varşava Şərq Tədqiqatları İnstitutunun proqram koordinatoru, Cənubi Qafqaz regionu üzrə məsul şəxs Pyotr Sieniavskini qəbul edib.
Görüşdə Vüsal Qasımlı Varşava Şərq Tədqiqatları İnstitutunun təşkilatçılığı ilə təşkil olunan ənənəvi “İqtisadi Forum” çərçivəsində Azərbaycanın Avropadan olan tərəfdaşlarla iqtisadi artım, logistika, regional infrastruktur və enerji təhlükəsizliyi mövzusunda təcrübə mübadiləsi baxımından əməkdaşlığını əhəmiyyətli hesab edib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyat, ağıllı şəhər və ağıllı kənd layihələrinin icrasına Polşadan olan investorların cəlb edilməsi və özəl sektorun inkişafında biznes əlaqələrinin qurulması potensialı barədə məlumatlar verib.
Varşava Şərq Tədqiqatları İnstitutunun proqram koordinatoru Pyotr Sieniavski həm iqtisadi islahatların təhlili, illik iqtisadi icmalların hazırlanması və iqtisadi forumlar çərçivəsində təmsil etdiyi qurumun Mərkəzlə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, Varşava Şərq Tədqiqatları İnstitutunun Avropanın beyin mərkəzləri, akademik dairələri, rəsmi qurumlar və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iqtisadi forumda Azərbaycanın da yaxından iştirakının təmin olunmasına dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, Polşanın Karpaç şəhərində hər il keçirilən İqtisadi Forum Mərkəzi Şərqi Avropanın ən böyük konfransı olmaqla son 30 il ərzində dünyanın hər yerindən siyasi, iqtisadi və sosial liderləri özündə cəm edir. İqtisadi Forumda Avropa, Şimali Amerika və Asiyadan hökumətlər, siyasət, biznes, elm və mədəniyyət nümayəndələrindən ibarət 4000-ə yaxın qonaq iştirak edir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib