İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib
Azərbaycan Respublikası Prezident Administrasiyasının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin Strateji Yol Xəritələri üzrə yaradılan işçi qruplarının hər biri ilə ayrı-ayrılıqda müzakirələri keçirilib. Birgə görüşlərdə Strateji Yol Xəritələrinin icra vəziyyətinin aralıq nəticələri, koordinasiya məsələləri və qarşıya çıxan çağırışların həlli yolları ətraflı müzakirə edilib. 40-dan artıq dövlət qurumunun rəhbər şəxslərinin iştirakı ilə 12 strateji yol xəritəsi üzrə aparılan müzakirələrdə tədbirlər planlarının vahid formatda tərtibi, icrası və kommunikasiya edilməsi ilə bağlı məsələlər də əhatə olunub.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələrinin uğurlu icrası təmin edilib, ölkədə makroiqtisadi sabitlik və dayanıqlı inkişaf, habelə biznes mühitinin əlverişliliyinin daha da artırılması istiqamətində nailiyyətlər əldə olunub. Aparılan kompleks iqtisadi islahatlar nəticəsində Azərbaycan hazırda “Doing Business” hesabatına görə dünyada ən islahatçı ölkə kimi səciyyələndirilir.
Müzakirələrdə icra ilə bağlı yaranan suallar aidiyyəti üzrə cavablandırılıb və strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün müəyyən tövsiyələr verilib. Qeyd edək ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf