İİTKM-də Rəqəmsal Ticarət Qovşağının yaradılması ilə bağlı müzakirə olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Rəqəmsal Ticarət Qovşağı ilə bağlı geniş müzakirə aparılıb. Toplantında əsas müzakirə mövzusu “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nın, elektron pul kisəsinin yaradılması, qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi, ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada verilməsi, elektron müraciət əsasında ixrac təşviqinin ödənilməsi və Prezident Fərmanında nəzərdə tutulan digər məsələləri olub. Həmçinin, dövlət qurumlarının nümayəndələrinə görüləcək işlərlə bağlı təqdimat olub. Onlara bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda görüləcək işlərlə bağlı ətraflı məlumat verilib. “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”na inteqrasiya olunacaq dövlət orqanlarının informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsinin təşkil ediləcəyi bildirilib. Daha sonra Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının təmsilçiləri çıxış edərək ölkə bacısının fərmanının irəli gələn məsələlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün təkliflərini veriblər. Müzakirələr zamnı elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması və elektron imza, o cümlədən “ASAN imza” sertifikatının beynəlxalq miqyasda qarşılıqlı tanınması, Azərbaycan Respublikasının BMT-nin “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulması ilə bağlı ətraflı fikir mübadiləsi də aparılıb. Bundan sonra da işçi qaydada görüşlər davam etdiriləcək. Qeyd edək ki, Prezident İlham Əliyev 23 fevral 2017-ci il tarixdə “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf