İİTKM-də məhkəmə ekspertizası sahəsində Konsepsiyanın icrası üzrə indikativ planlaşdırma müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşmanın aparılması və nəticə indikatorları üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə əsas icraçı qurumların nümayəndələri ilə görüş keçirilib.
Görüşdə İİTKM-in Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı Tədbirlər Planının icrası çərçivəsində 2026-cı il üzrə qarşıda duran vəzifələr, icra dövrünün sonunda monitorinq və qiymətləndirmənin aparılması üçün kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsinə dair yanaşmalar barədə məlumat verib.
Daha sonra İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli tərəfindən indikativ planlama cədvəli təqdim olunub və dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparılıb. Müzakirələrdə Tədbirlər Planının icra prosesində institusional koordinasiya, nəticəyönümlü yanaşma və hesabatlılıq mexanizmləri üzrə ümumi mövqelər formalaşdırılıb.
Görüşdə Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 dekabr tarixli 844 nömrəli Sərəncamının icrası üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib