İİTKM-də İnvestisiya Arbitrajının Qiymətləndirilməsi Hesabatının hazırlanması müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin Ədliyyə Nazirliyinin hakimi Furkan Derendel, hakimliyə namizədi Salih Hakan Kasalak, İstanbul Universitetinin tədqiqatçısı Ahmet Tokat və TÜRKSOY-un Baş katibliyinin hüquq məsələləri üzrə müşaviri Burak Dülger ilə görüş keçirib.
Görüşdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi inteqrasiyanı sürətləndirmək və sərmayə axınlarını artırmaq baxımından investisiya sahəsində hüquqi və institutional çərçivə, regionda investisiya arbitrajının hazırkı vəziyyəti və gələcəyi müzakirə olunub.
V. Cəfərova Türk dövlətlərinin vahid investisiya arbitrajı çərçivəsinin yaradılması barədə təkliflərini irəli sürüb. Tərəflər türk dövlətlərini əhatə edən İnvestisiya Arbitrajının Qiymətləndirilməsi Hesabatının hazırlanması təşəbbüsünü müzakirə ediblər. Hesabat vacib qərarqəbuletmə vasitəsi kimi xidmət etmək, mövcud arbitraj mexanizmlərinin hərtərəfli təhlilini aparmaq, səmərəliliyi, ədaləti və investorların inamını artırmaq üçün tövsiyələr təklif etməyi hədəfləyir. Eyni zamanda investisiya arbitrajı təcrübələrini beynəlxalq standartlara uyğunlaşdırmaq, xarici investorlar üçün daha proqnozlaşdırıla bilən və təhlükəsiz mühiti təmin etməyə xidmət edəcək.
Sonda Vüsalə Cəfərova TDT ölkələrinin beyin mərkəzləri ilə birlikdə hazırlanan “Türk dövlətləri iqtisadiyyatı” kitabını qonaqlara təqdim edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib