İİTKM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində iclas keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) tədbir keçirilib. İclası giriş sözü ilə açan İİTKM-in icraçı direktorunun müşaviri Ayaz Müseyibov məhkəmə-hüquq sistemində aparılan islahatlarla bağlı maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edib. Daha sonra mərkəzin hüquqşünası Nigar Hafizqızı çıxış edərək bildirib ki, hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu hüquq islahatları bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə-hüquq sistemi daha da müasirləşdirilərək Avropa standartlarına uyğunlaşdırılıb.
Dövlət başçısının 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi tarix Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Hər il ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 18 may-18 iyun tarixləri ölkə ərazisində “İnsan hüquqları aylığı” elan edilir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib