İİTKM-də ilk könüllülər məzun oldu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ilk Təcrübə Proqramı yekunlaşıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin kollektivi təcrübəçilərlə görüşüb, təcrübə proqramının yekununu gənclərin özləri ilə müzakirə ediblər. Görüş zamanı İİTKM-nin icraçı direktoru Dr. Vüsal Qasımlı bildirib ki, təcrübəçilər bu müddət ərzində özlərini yaxşı istiqamətdə tanıda biliblər. O bildirib ki, innovativ, elmli və səriştəli gənclər ölkənin gələcəyində müstəsna rol oynayır.
Qeyd edək ki, təcrübəçilər daha çox Mərkəzdə aparılan elmi tədqiqatların hazırlanması, seminar və treninqlərin təşkili, Azexport portalında işin qurulması, PR işinin təşkili və digər məsələlərdə işə cəlb olunublar. Həmçinin təcrübəçilər İİTKM-də işləyən nüfuzlu xarici ekspertlərin mühazirələrində iştirak ediblər.
Daha sonra İİTKM-də 3 ay müddətində Təcrübə Proqramını uğurla başa vuran 30 nəfərə sertifikat təqdim edilib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır