İİTKM –də “Digital Marketinq” mövzusunda təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Digital Marketinq” mövzusunda təlim keçirilib.
Təlimdə əsasən Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə danışılıb. UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun apardığı təlimdə iştirakçılara rəqəmsal marketinq, ənənəvi marketinq (strategiya və yeni imkanlar), rəqəmsal marketinqdə effektivliyin ölçülməsi, remarketinq ( Sosial Media Reklamları, Display Advertising), Axtarış Motoru Optimizasiyası (SEO) və Axtarış Motoru Marketinqi (SEM), (Google AdWords), marketinqdə ölçmə hesabatları ilə bağlı yeni məlumatlar təqdim edilib.
“BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, ixrac missiyalarının daha səmərəli yollarla aparılması, beynəlxalq bazarların tapılması istiqamətində müzakirələr gələcəkdə də intensiv olaraq təşkil ediləcək. “"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sahibkarların fəaliyyətini praktiki dəstəkləməklə bərabər onların maarifləndirilməsinə və xarici ticarət əməliyyatlarının daha effektli olmasına dəstək göstərir. Sahibkarlıq subyektlərinin intellektual düşüncə tərzinin və idarəetmə bacarıqlarının formalaşdırlması baxımından bu təlimin rolu böyükdür.”
UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarov əlavə edib ki, təlimdə əsas məqsəd xüsusən, ixrac həyata keçirən sahibkarlar üçün digital marketinqin əhəmiyyətini göstərməkdir. “Digital marketinq vasitəsilə xarici bazarların araşdırılması, istehlakçı davranışlarının tədqiqi, effektiv reklam kampaniyalarının hazırlanması və hesabatlar üzərində iş kimi strateji addımlar göstərilib. Təlim bu istiqamətdə təməl prinsipləri özündə əks etdirsə də, daha dərinləşdirilmiş biliklərin qazanılması üçün davamlı seminarlar təşkil ediləcəkdir. Hesab edirik ki, təlimdən qazanılmış biliklərlə artıq bir sıra xərclərə qənaət etməklə digital marketinq vasitəsilə daha operativ və effektiv nəticələrə çatmaq mümkün olacaq.”
Qeyd edək ki, “Digital Marketinq” mövzusunda təlimə 40-dan artıq yerli şirkətin nümayəndəsi qatılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf