İİTKM-də Beynəlxalq Valyuta Fondunun nümayəndəsi ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə Sazişi üzrə missiyası çərçivəsində Azərbaycanda səfərdə olan Orta Şərq və Mərkəzi Asiya departamentinin iqtisadçısı Qustavo Ramiresi qəbul edib.
Vüsal Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı “üç P” – post-konflikt, post-pandemiya və post-neft dövrünün çağırışlarına cavab verməlidir: “Bu baxımdan fiskal siyasət mərkəzi rola sahibdir. Yüksək inflyasiyanı cilovlamağa çalışan və aralıq hədəfi pul kütləsi olan monetar siyasətlə fiskal dəstək tədbirlərinin uzlaşdırılması mürəkkəb bir məsələdir. Başqa sözlə, inflyasiya hədəfi pul kütləsini məhdudlaşdırmağa, dövlətin fiskal dəstəyinə böyüyən tələb isə artırmağa meyillidir. Bu arada qiymətlər sabitliyinin əsas lövbəri olan manatın məzənnəsinin dayanıqlılığı monetar və fiskal siyasətin “barışdırılmasında” mühüm rol oynayır. Əlbəttə, fiskal islahatların davam etdirilməsi, xüsusən orta-müddətli çərçivəsinin tətbiqi daha məqbuldur. Xarici ticarət şərtinin yaxşılaşması və tədiyyə balansının profisiti şəraitində yerli valyuta bazarında tarazlıq qorunur ki, bu da manatın sabitliyi üçün əsasdır. Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilən valyuta hərraclarında tələb artıqlaması ilə qarşılanır və manat sabitliyini qoruyur. Baxmayaraq ki, ölkənin qarşısında dayanan əsas məsələlər – milli təhlükəsizlik, azad olunmuş torpaqlarda quruculuq və əhalinin sosial rifahı dövlət xərcləmələrinə bağlıdır, yeni qəbul edilmiş büdcə qaydaları optimal həddləri müəyyənləşdirir. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna (ÜDM) nisbəti və dövlət borcunun ÜDM-ə nisbəti, həmçinin büdcənin əməliyyat hədəfi fiskal dayanıqlığın təmin olunmasına yönəlib. Yeri gəlmişkən, sadalanan hər iki büdcə qaydası və əməliyyat hədəfi hazırda yerinə yetirilir.”
R.Qustavo makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində aparılan islahatlar, diversifikasiya siyasəti və fiskal dayanıqlılığı müsbət qiymətləndirərək təmsil etdiyi qurumun növbəti islahat gündəliyinə dair müvafiq müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirib.
Görüşdə makroiqtisadi sabitliyi təmin edən siyasətlərin davam etdirilməsi üzrə qarşıda duran vəzifələr, növbəti illər üzrə qəbul edilən milli prioritetlər və islahat gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib