İİTKM-də “Azərbaycanda ixrac potensialının reallaşdırılmasında nəqliyyat və logistika şirkətlərinin rolu” mövzusunda müzakirə aparılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycanda ixrac potensialının reallaşdırılmasında nəqliyyat və logistika şirkətlərinin rolu” mövzusunda müzakirə aparılıb. Müzakirədə Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın nəqliyyat və logistika şirkətinin rəhəbəri iştirak edib. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bölgələrin tarazlı inkişafı Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, bölgələrdə logistika mərkəzlərinin yaradılması vacibdir. Müzakirədə Azərbaycanda son dövrlərdə həyata keçirilən islahatlar nəticəsində biznes mühitinin daha da inkişaf etməsi qeyd olunub. Həmçinin nəqliyyat dəhlizləri istiqamətində avtomobil magistrallarının genişləndirilməsi, beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin başa çatdırılması ilə ölkənin yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilir.
Qeyd edək ki, müzakirənin təşkil olunmasinda məqsəd mövcud vəziyyətdə rast gəlinən problemlərin və onların aradan qaldırılması yollarının müzakirəsi olub









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır