10 fevral 2017, 17:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycanda ixrac potensialının reallaşdırılmasında nəqliyyat və logistika şirkətlərinin rolu” mövzusunda müzakirə aparılıb. Müzakirədə Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın nəqliyyat və logistika şirkətinin rəhəbəri iştirak edib. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bölgələrin tarazlı inkişafı Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, bölgələrdə logistika mərkəzlərinin yaradılması vacibdir. Müzakirədə Azərbaycanda son dövrlərdə həyata keçirilən islahatlar nəticəsində biznes mühitinin daha da inkişaf etməsi qeyd olunub. Həmçinin nəqliyyat dəhlizləri istiqamətində avtomobil magistrallarının genişləndirilməsi, beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin başa çatdırılması ilə ölkənin yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilir.

 Qeyd edək ki, müzakirənin təşkil olunmasinda məqsəd mövcud vəziyyətdə rast gəlinən problemlərin və onların aradan qaldırılması yollarının müzakirəsi olub 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az