İİTKM-də Asiya İnkişaf Bankı ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib. İİTKM-in departament rəhbəri Ramil Hüseyn, Layihlər departamentinin rəhbəri vəzifəsini icra edən Rəşad Hüseynov, eləcə də menecerlər Vüsalə Cəfərova, Faiq Qasımlı, Bankın İqtisadi Tədqiqatlar üzrə direktoru Edmon Gintinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda aparılan iqtisadi islahatlar, Strateji Yol Xəritələrinin (SYX) monitorinq və qiymətləndirmə nəticələri barədə geniş fikir mübadiləsi aparıblar.
AİB nümayəndələri Azərbaycanda apardıqları "ölkə iqtisadiyyatının diaqnostik tədqiqat" layihəsi, eləcə də "dövlət müəssisələri sektorunun qiymətləndirilməsi" layihəsi barədə məlumatlar veriblər. Nümayəndələr tədqiqatın ilkin nəticələrini müzakirə edib.
Görüş zamanı dövlət müəssisələrinin özəlləşdirilməsi istiqamətində SYX çərçivəsində görülən və gələcək illərdə nəzərdə tutulmuş işlər barəsində müzakirələr aparılıb. Bundan başqa layihələr çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarını əhatə edə bilən iqtisadi riyazi modelin qurulması və onun vacibliyi qeyd edilib.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025