İİTKM-də ali təhsilin innovasiyada rolu müzakirə edilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının Ali Təhsil Sektoru üzrə Missiyası ilə birlikdə “Ali Təhsilin İnnovasiyada Rolu” mövzusunda seminar keçirilib. Seminarda dövlət qurumlarının nümayəndələri, universitetlər və tədqiqat institutlarının 30 - dan artıq nümayəndəsi iştirak edib.
Seminarda açılış nitqində çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, innovasiya yönümlü inkişaf Strateji Yol Xəritələrində də xüsusi qeyd edilib: “Əsas məqsəd elm –təhsil-biznes ekosisteminin və əmək resurslarının qlobal və yerli trendlərə uyğun inkişafıdır. Azərbaycanda innovativ sahibkarlığın inkişafı məhz qlobal bazarların tələbinə uyğun qurulmalıdır.” V. Qasımlı həmçinin bildirib ki, ölkədə innovasiya siyasətində dünya təcrübəsinə uyğun institutsional koordinasiya mümkündür.
Qeyd edək ki, “Ali Təhsilin İnnovasiyada Rolu” mövzusunda keçirilən seminar bir neçə istiqamət üzrə aparılıb. Seminarın elmi tədqiqatların maliyyələşdirilməsi üzrə qlobal tendensiyaların nəzərdən keçirilməsi ilə bağlı müzakirələrin aparıldığı hissəsində tədqiqatın mövcud vəziyyəti, maliyyələşdirilməsi üzrə təqdimat iştirakçıların böyük marağına səbəb olub. Həmçinin bu istiqamətdə davam edən islahatlar, əsas problemlər və imkanlardan danışılıb. Azərbaycanda texnologiyaların ötürülməsi üçün əlverişli mühit üzrə qlobal tendensiyalar mövzusu geniş müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda intellektual mülkiyyət sisteminin tətbiqi, kommersializasiya üçün təşviqedici amillər, özəl sektor ilə əlaqələrin yaradılması bu sahənin inkişafı üçün vacib amillərdir.
Dünya Bankının digər nümayəndəsi İvona Borovikin təqdimatında isə bacarıqların inkişaf etdirilməsi, sahibkarlığın təşviqi və innovasiya sisteminin idarə olunmasından danışılıb.
Seminarın “İnnovativ inkişaf: Azərbaycan perspektivi” adlanan bölməsində Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının nümayəndəsi Vüsal Süleymanlı “Ali təhsilin innovasiyada rolu”, Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Anar Rzayev “Ali təhsildə tədqiqat və innovasiyaların təşviqi”, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov “Startapların uğur ehtimalının artırılması üçün Barama təcrübəsi” mövzusunda təqdimatlar ediblər.
Təqdimatlardan sonra müzakirələr aparılıb. Bu zaman əsasən Azərbaycanın bazar üzrə müvafiq bacarıqların inkişaf etdirilməsi tədbirləri, ən yüksək bacarıq çatışmazlıqları olan sahələri, sahibkarlığı təşviq edən mövcud mexanizmləri, onların səmərəliliyi və fəaliyyət sahələri diqqət mərkəzində olub.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu