İİTKM BP ilə anlaşma memorandumu imzaladı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və BP Azərbaycan şirkəti arasında ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verilməsi məqsədi ilə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və BP Azərbaycanın xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
Memorandum ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək, dövlət-özəl sektorun inkişaf potensialını gücləndirmək, sosial və dayanıqlı inkişaf üzrə məqsədlərə nail olmaq üçün qarşılıqlı birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalanan anlaşma memorandumunun əhəmiyyətində danışaraq bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalanan anlaşma memorandumunun əhəmiyyətində danışaraq bildirib ki, bu əməkdaşlıqda əsas məqsəd Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” ideyasına xidmət etməkdir: “BP ölkəmizin uzunmüddətli tərəfdaşı kimi təkcə neft strategiyasının həyata keçirilməsində deyil, həm də postneft dövrünün quruculuğunda iştirak edir. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP ilə əməkdaşlığı qeyri-neft sektorunun inkişafına Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, EnterpriseAzerbaijan.com və Bir Pəncərə İxraca Dəstək Mərkəzi vasitəsilə daha çox töhfə verməsinə zəmindir. Yeni qurum kimi İİTKM-in institutsional inkişafında, innovativ yanaşma və beynəlxalq təcrübənin tətbiqində BP ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə əlavə edib ki, BP şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində iqtisadiyyatın güclənməsinə və böyüməsinə,dünyanın digər ölkələri ilə yeni kommersiya əlaqələrinin qurulmasına, ən əsası Azərbaycanın dünyanın böyük enerji təchizatçılarından biri kimi öz rolunu qoruyub saxlamasına və Avropa ilə daha səmərəli enerji əlaqələrinin qurmasına yardım etməklə ölkənin gələcək inkişafına öz töhfəsini verib: “Bugünkü memorandumun imzalanması bizim gələcəkdə dəyərli əməkdaşlıq qurmaq istəyimizin bariz nümunəsidir. Azərbaycanın layiqli korporativ vətəndaşı kimi BP həmişə ölkədə iqtisadiyyatın və biznesin inkişafına və diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz daim cəmiyyətə müsbət təsir göstərməyin yollarını axtarırıq və fəaliyyət göstərdiyimiz icmalarla dayanıqlı və müsbət əlaqələr qurmağa çalışırıq.”
Qeyd edək ki, memorandumun imza mərasimindən öncə BP Azərbaycan nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar. Daha sonra onlara Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, www.enterpriseazerbaijan.com portalı barədə geniş məlumatlar təqdim edilib. BP Azərbaycan şirkətinin nümayəndələri isə bildiriblər ki, Azərbaycanın regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi iqtisadi islahatların həyata keçirilməsi sahəsində atılan strateji addımların nəticəsində mümkün olub.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu