İİTKM Azərbaycan Kooperasiya Universitetində ictimai mühazirə keçirib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda növbəti ictimai mühazirəni Azərbaycan Kooperasiya Universitetində keçirib. İctimai mühazirənin açılışını Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad üzrə elmlər doktoru, professor Bəyalı Ataşov edib. O təmsil etdiyi universitetdə belə bir mövzuda mühazirənin təşkil edilməsinə böyük önəm verdiyini bildirib. Vurğulayıb ki, Strateji Yol Xəritələrinin icrasında əmək bazarına daxili olacaq tələbələr xüsusi rol oynayacaq. Azərbaycan Kooperasiya Universitetinin prorektoru Fikrət Quliyev isə mühazirənin mahiyyəti və məqsədi barədə tələbələrə ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda mühazirəyə başlayıb. Ramil Hüseyn universitetin rəhbərliyi bu mühazirə üçün şərait yaratdıqlarına görə təşəkkür edərək vurğulayıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan universitetlərində belə silsilə görüşlərin təşkil etməsində məqsəd, iqtisadi islahatlarla bağlı maarifləndirmə işlərini həyata keçirmək, professor-müəllim və tələbələri islahatlarla bağlı daha dolğun məlumatlandırmaq və onların bu proseslə bağlı fikirlərini öyrənməkdən ibarətdir. Daha sonra R.Hüseyn Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətləri, bu islahatlar nəticəsində qeyri-neft sektorunda baş verən inkişaf, sahibkarlara göstərilən dövlət dəstəyi, ixracın təşviqi, 2017-ci ildə qeyri-neft sektoru üzrə ixracda müşahidə olunan artım, Strateji Yol Xəritələrinin qəbulu və onun icrasının nəticələrinin monitorinqi barədə iştirakçılara ətraflı məlumat verib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır