İİTKM ABŞ biznes şurası ilə memorandum imzaladı
Bakıda, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU)-nun vitse prezidenti Cef Donald imzalayıblar.
Memorandum İİTKM və BCİU arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, iki ölkə arasında ticarət və investisiyaların təşviqi və biznes fəaliyyəti üzrə daha asan və əlverişli mühit yaratmaq məqsədi daşıyır. İmzalanan sənədə əsasən birgə beynəlxalq layihələrin həyata keçirilməsi, beynəlxalq tədbirlərin təşkil edilməsi, Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və daha rahat biznes mühitinin yaradılması məqsədi ilə, Azexport və Rəqəmsal Ticarət Qovşağı üzrə mütəxəssis mübadilələrinin həyata keçirilməsi, hər iki tərəfin təşkil etdiyi tədbirlərdə, təhsil proqramlarında, təlimlərdə və ixtisaslaşdırılma kurslarında iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, əməkdaşlığa dair imzalanan memorandum İİTKM və BCİU-nun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” –in yekununda imzalanıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu