Hindistanlı tədqiqatçı “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”ilə bağlı araşdırma aparıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində araşdırmalar aparan Hindistanın “Global South Development Magazine” nəşrinin tədqiqatçısı Hriday Sarmanın “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi: Keçid ölkələrində zəruri sərmayələr” başlıqlı məqaləsi yayımlanıb. Məqalədə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında ətraflı məlumat verilərək, dəhlizin imkanları təhlil edilib. Müəllif yazır ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa – Cənubi Asiya – Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolu vasitəsilə istər yerli, istərsə də tranzit daşımalarından əldə edilən gəlirləri artırmağa imkan verəcək. Məqalənin müəllifi Hriday Sarma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində “Şimal-Cənub Nəqliyyat Dəhlizinin İnkişafı və Azərbaycan” mövzusunda elmi araşdırmaların aparılmasını həyata keçirir. O bu mövzuda daha bir neçə məqalə hazırlamağı planlaşdırır. Hriday Sarma buna qədər Finlandiya, Brüssel, İsrail və Hindistanın bir neçə beyin mərkəzlərində araşdırmalar aparıb.
Məqaləni bu link vasitəsi ilə oxuya bilərsiniz: http://sadf.eu/new/blog/sadf-comment-79-international-north-south-transportation-corridor-necessitating-investments-transit-states-hriday-ch-sarma/









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır