Hindistanlı alim: “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı bazarları birləşdirəcək”
Serbiyanın nüfuzlu “TransConflict” onlayn nəşri Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı barədə məqalə dərc edib. Məqalənin müəllifi Hindistanlı alim Hriday Sarma Rəqəmsal Ticarət Qovşağının (RTQ) yaranmasının əhəmiyyətini qeyd edərək Azərbaycanın bundan sonra regionda əsas rəqəmsal ticarət mərkəzinə çevriləcəyini bildirib. Tədqiqatçı Azərbaycanda yaradılan bu layihənin az sayda ölkədə mövcud olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, RTQ xarici bazarlara çıxışı asanlaşdıracaq və əlavə investisiya cəlbini sürətləndirəcək.
Müəllifə görə Rəqəmsal Ticarət Qovşağı vasitəsilə Azərbaycan iqtisadiyyatının rəqəmsallaşması Cənubi Qafqaz və Avrasiyada regional dəyər zəncirini möhkəmləndirəcək. Həmçinin, tədqiqatçı "Rəqəmsal Ticarət Qovşağı"nı digər ölkələrdə mövcud olan analoji layihələrlə müqayisə edərək Azərbaycanda yaradılan bu lahiyənin unikal olduğunu və həm ölkədaxili, həm də xaricdəki dövlət və özəl müəssisələr üçün bir sıra üstünlükləri özündə cəmlədiyini qeyd edib. Məqalə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür: http://www.transconflict.com/2017/07/azerbaijan-digital-trade-hub-set-to-bind-regional-and-eurasian-markets-267/
Beynəlxalq ictimaiyyətə çatdırılması üçün ingilis dilində hazırlanmış “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Regional və Avrasiya bazarlarını birləşdirəcək” adlı məqalə həmçinin rus dilinə tərcümə olunaraq “Север-Юг” Politoloji Mərkəzin saytında yayımlanıb.
Məqalənin müəllifi Hindistanlı alim, “Global South Development Magazine” nəşrinin tədqiqatçısı Hriday Sarma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyilə “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində bir neçə ay araşdırma aparıb. Tədqiqatların nəticəsi olaraq onun nüfuzlu nəşrlərdə “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi: Keçid ölkələrində zəruri sərmayələr” və “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi: Azərbaycan yolayrıcında” başlıqlı məqalələri dərc olunub. H.Sarma buna qədər Finlandiya, Brüssel, İsrail və Hindistanın bir neçə beyin mərkəzlərində araşdırmalar aparıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır