Harvard Universiteti Azərbaycan iqtisadiyyatı barədə bloq yayımladı
Harvard Universitetinin Beynəxalq İnkişaf Mərkəzi “Dövlət quruculuğu” proqramı Azərbaycan iqtisadiyyatı barədə bloq paylaşıb. “Azərbaycanda iqtisadi şaxələndirmənin tətbiqi” adlanan bloqun müəllifi Harvard Universitet Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarə edilməsi” üzrə Rəhbər kadrların hazırlanması proqramının məzunu, professor, iqtisad elmləri doktoru Vüsal Qasımlıdır. Bloqda qeyd olunur ki, son 15 ildə iqtisadiyyatını üç dəfədən çox böyütmüş Azərbaycan qarşıdakı 10 ildə daha iki dəfə böyüməni hədəfləyib. Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasından dərhal sonra 30 il ərzində viran edilmiş ərazilərdə post-konflikt quruculuğuna başlayan Azərbaycan 2030 hədəflərini BMT-nin Davamlı inkişaf məqsədləri ilə uzlaşdırır. Azərbaycanın 2014-2019-cu illərdə ən çox birbaşa xarici sərmayə cəlb edən üç ölkədən biri olması qeyd olunmaqla yanaşı, növbəti dövrdə də sərmayə cəlbinin iqtisadi artım üçün vacibliyi bildirilir.
Bloqda həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə fəaliyyətdə iqtisadi mürəkkəblik indeksi, balanslaşdırılmış portfel, “üç A” yanaşması, problemin hərəkətə gətirdiyi iterasiya olunan metod və Harvard Universitetinin proqramına daxil edilən digər metodoloji yanaşmaların tətbiqinə yer ayrılır.
“Azərbaycanda iqtisadi şaxələndirmənin tətbiqi” adlanan bloqla bu link vasitəsilə tanış olmaq mümkündür:
https://buildingstatecapability.com/2022/01/13/exploring-economic-diversification-in-azerbaijan









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib