Gömrük Bəyannaməsi Rəqəmsal Ticarət Qovşağı vasitəsilə doldurulacaq
“Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nda daha öncə test olaraq fəaliyyət göstərən elektron gömrük bəyannamələrinin doldurulması real vaxt rejimində həyata keçirilməyə başladı. Bunun üçün ixracatçı ASAN imza və ya elektron imza ilə Rəqəmsal Ticarət Qovşağının saytından (https://dth.azexport.az/) daxil olaraq elektron gömrük bəyannaməsini doldura bilər. Rəqəmsal Ticarət Qovşağının üstünlüyü ondan ibarətdir ki, bütün xidmətlər “Bir pəncərə”dən təqdim olunur. Azexport portalının nəzdində olan “Bir pəncərə” Azərbaycan sahibkarları ilə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verir. Beləliklə, daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirən sahibkarlar bir pəncərə əsasında e-İxracın imkanlarından yararlanacaqlar. Hazırda e-İxraca inteqrasiya olunan dövlət orqanları real vaxt rejimində məlumat mübadiləsini təşkil edir. e-İxrac aşağıdakı sertifikatların verilməsini təmin edir: beynəlxalq baytarlıq sertifikatı, fitosanitar sertifikat, keyfiyyət sertifikatı, mənşə sertifikatı,kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsi. Eyni zamanda, ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsi də portal vasitəsilə həyata keçirildiyi üçün gələcəkdə bu hesablaşmaların aparılması asanlaşacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli Fərmanı əsasında yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf