Fransanın MDB ölkələri üzrə Regional rəhbəri İİTKM-də olub
İqtisadi İslahatların Təhlili və Kommunkasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Fransanın MDB ölkələri üzrə Regional İqtisadi şöbəsinin müdiri, Maliyyə və İqtisadi Məsələlər üzrə Nazir-Müşavir Filip Brünel, Maliyyə Müşavirinin müavini Jülyen Jebel, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və səfirliyin İqtisadiyyat Müşaviri Erve Sarnellidən ibarət nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin səfərində əsas məqsəd Fransanın İqtisadiyyat və Maliyyə nazirliyi üçün Azərbaycanın iqtisadi və maliyyə durumunu qiymətləndirmək və analiz etmək, həmçinin onun inkişaf perspektivlərini təhlil etməkdir.
Görüş zamanı icraçı direktor Vüsal Qasımlı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri barədə məlumat verib. Eyni zamanda Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, həmçinin Azexport portalının nəzdində fəaliyyət göstərəcək “Bir pəncərə” İxraca Dəstək Mərkəzi barədə danışılıb.
Maliyyə və İqtisadi Məsələlər üzrə Nazir-Müşavir Filip Brünel isə bildirib ki, Azərbaycanda səfərdə olduğu müddətdə aldığı məlumatlar ölkənin müsbət nəticələrə doğru irəliləyişin olduğunu göstərir. “Son illər Azərbaycanda iqtisadi islahatların aparılması istiqamətində nəzərəçarpan işlər görülüb. Xüsusi ilə vergi və gömrük sisteminin şəffaflaşması istiqamətində çox ciddi addımlar atılıb. Güman edirəm ki, istər Azexport portalı, istərsə də Rəqəmsal Ticarət Qovşağı sahibkarların imkanlarını genişləndirəcək.”









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır