Eston nümayəndə heyəti “Bir Pəncərə” İxraca Dəstək Mərkəzini yüksək qiymətləndirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzinin nümayəndə heyətini “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış edib.
Tanışlıq turunda Vüsal Qasımlı İxraca Dəstək Mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növlərinə dair geniş məlumat verib. O bildirib ki, belə bir Mərkəzin yaradılması bir yenilikdir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə sahibkarlar ixracatçılar daha az resurs sərf etməklə ixrac proseduralarını daha sürətlə həyata keçirəcəklər.
Daha sonra müzakirələrdə “Asan İmza” mobil elektron imza xidmətinin operatoru “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe Azərbaycanda yeni tətbiq olunan Asan İmza texnologiyasının başlıca üstünlüklərindən danışıb.
Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzinin direktoru Yan Reinhold isə öz növbəsində qeyd edib ki, Azexport portalının yaradılması və Rəqəmsal Ticarət Qovşağının tətbiqi Azərbaycan üçün yaxşı bir nümunədir. Yan Reinhold əlavə edib ki, Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzi Rəqəmsal Ticarət Qovşağının tətbiqi çərçivəsində əməkdaşlıqda maraqlıdır. Bu istiqamətdə müzakirələrin davam etdirilməsi və görülən işlərlə daha yaxında tanış olmaq üçün işçi səviyyədə görüşlər davam etdiriləcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır