Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir
İİTKM-in departament rəhbəri Ayaz Müseyibovun şərhi
1 aylıq müharibə nəticəsində Ermənistan iqtisadiyyatına ən azı 3,5 milyard ABŞ dolları dəyərində ziyan vurulduğu məlumdur. Əlavə olaraq, alternativ xərcləri və itirilmiş imkanları nəzərə aldıqda isə bu zərərin məbləği bir neçə dəfə artıq olur. Ümumi Daxili Məhsulu (ÜDM) 13,7 milyard, rəsmi rezerv aktivləri 2,6 milyard ABŞ dolları olan bir ölkə üçün bunlar kifayət qədər yüksək göstəricidir.
Ermənistan Asiya regionunda rəsmi yoxsulluq səviyyəsi (23,5 faiz) ən pis vəziyyətdə olan ölkələrdən biri kimi, müharibə xərclərini artırmaq üçün heç də əlverişli imkanlara malik deyildir. ÜDM-nin 2,3 faizini pandemiya ilə mübarizədə itirmiş Ermənistan beynəlxalq təşkilatların hesablamalarına görə qarşıdakı illərdə daha yüksək fiskal defisit (Asiya İnkişaf Bankının proqnozu-5,6 faiz, Beynəlxalq Valyuta Fondunun proqnozu-7,4 faiz) və aşağı gəlirlərlə üz-üzə qalacaqdır.[1] Göründüyü kimi, büdcə gəlirlərinin azaldığı, iqtisadi aktivliyin 2009-cu ildən bəri ən kəskin azalmasının müşahidə olunduğu (13,7 faizlik azalma) iqtisadiyyat COVİD-19 böhranı ilə mübarizədən hələ də özünə gələ bilməyib.
Həmçinin, minimum qiymətləndirmə ssenariləri əsasında ən azı 2,7 milyard ABŞ dolları həcmində ciddi hərbi-sursat və texnika itkilərinə məruz qalan Ermənistan öz hərbi xərclərini 82 milyon ABŞ dolları həcmində artırmaq məcburiyyətində qaldı. Əlavə olaraq, erməni diasporunun dünyanın müxtəlif ölkələrində apardıqları kompaniyalarla Ermənistana maliyyə nəfəsliyini təmin etmək istiqamətindəki addımları da diqqətçəkəndir. Belə ki, “Hayastan Ümumerməni Fondu”na dünyanın müxtəlif ölkələrində aparılmış kompaniyalar çərçivəsində 150 milyon ABŞ dollarından bir qədər artıq ianə toplanmışdır.[2] Ancaq bunların Ermənistanı gözləyən potensial iqtisadi tükənmədən və sosial-psixoloji partlayışlardan qoruya bilməyəcək qədər az olduğunu hər kəs anlayır.
Ermənistana “humanitar yardım” adı altında silah qaçaqmalçılığı həyata keçirilir.
İndiki halda, müxtəlif cinayətkar qruplarla əlaqəyə girərək Ermənistana silah daşınmasına çalışan ölkənin bu baxımdan da imkanları yüksək görünmür. Artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Ermənistana bu ölkənin qeydiyyatında olan təyyarələrdən silah qaçaqmalçılığında istifadə olunması barədə məlumatlandırılıb. Ermənistana silah və hərbi texnika daşınması bir sıra hallarda “humanitar yardım” adı altında həyata keçirilir. Burada, dəyəri bir neçə milyon dollarlarla ölçülən zenit-raket sistemlərinin və digər ağır texnikanın daşınması həyata keçirilir. Aydındır ki, indiki halda ayrı-ayrı cinayətkar qruplaşmalar vasitəsi ilə həyata keçirilən bu siyasətin Ermənistanın gələcək iqtisadi müstəqilliyi üçün nə ilə nəticələnəcəyi bəllidir. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatlarından da məlum olduğu kimi, vaxtı ilə aparılmış bu cür qarşılıqlı anlaşmaların nəticəsidir ki, hazırda Ermənistanın strateji əhəmiyyət daşıyan enerji, kritik infrastruktur və digər sahələri tamami ilə üçüncü ölkələrdən asılı vəziyyətdədir.[3] Ona görə də, erməni cəmiyyəti və vətəndaşı cəmiyyəti institutları Ermənistana cinayətkar qruplaşmalar vasitəsi ilə bu formada silah yardımlarının edilməsinə qarşı çıxmalıdır ki, ölkənin geridə qalan cüzi müstəqilliyini də itirməsin.
Ermənistana verilən maliyyə vəsaitləri terrorizmin maliyyələşməsinə xidmət edir.
Ermənistanı borc vəsaitləri və infrastruktur investisiyaları ilə maliyyələşdirən bır sıra beynəlxalq təşkilatların addımları əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur. Belə ki, bu xüsusda son dövrlər infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı Ermənistanın xarici təşkilatlardan cəlb etdiyi vəsaitlərin bir hissəsi sonradan çirkli pulların yuyulması sxemləri üzrə nəqliyyat dəhlizlərinin inkişafına sərf olunur. Həmin dəhlizlər isə beynəlxalq təşkilatlar tərəfindən də narkotik qaçaqmalçılığı və silah daşımaçılığı üzrə təhlükəli marşrutlar kimi qeyd olunur[4]. Artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, Dağlıq Qarabağda mövcud olan separatçı rejimin narkotik plantasiyaları və onun trafik üçün nəqliyyat dəhlizləri mövcuddur. Azərbaycan ordusunun apardığı anti-terror əməliyyatları çərçivəsində də işğal olunmuş ərazilərdə erməni terrorçu qüvvələrinin narkotik vasitələrin yüksək istifadəsi və təchizatını təşkil etdiyi aşkara çıxarıldı. Bu ərazilərdə ASALA, PKK kimi ABŞ və Avropa Birliyi səviyyəsində terrorçu kimi tanınmış təşkilatların akkumulyasiyası da bu trafiki təşkil etməkdən ibarət olmuşdur. Çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığının Ermənistanda dövlət siyasəti kimi həyata keçirilməsi ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabatlarda da əks olunmuşdur.
Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən xüsusi sitat: Erməni terrorizmi
Oktyabr ayında Gəncə şəhərinə heç bir hərbi hədəfin olmadığı halda ard-arda edilən terror hücumları ilə Ermənistan dövləti özünün terrorçu mahiyyətini beynəlxalq ictimaiyyətə xatırlatmış oldu. Təsadüfi deyil ki, Ermənistan Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin adına xüsusi terrorizm ifadəsi (“erməni terrorizmi”) formalaşdırdığı çox nadir Avropa ölkələrindən biri, Cənubi Qafqazın isə yeganə ölkəsidir. Buna görə də erməni lobbilərinin dünyanın müxtəlif ölkələrində Ermənistana “humanitar yardım” adı altında təşkil etdikləri dəstək kompaniyalarının bu cür kriminal niyyətlərin realizasiyasına sərf olunması unudulmamalıdır. Ermənistan uzun müddətdir Avropa və Asiyanın müxtəlif maliyyə və investisiya qurumları ilə də investisiyaların cəlbi istiqamətində davamlı iş aparmaqdadır. Gözləniləndir və ümid olunur ki, artıq bu cür açıq-açığına terrorçu hücumlardan sonra beynəlxalq investorlar Ermənistanın maliyyələşdirilməsi və ona yatırılmış hər hansı sərmayənin, verilmiş borc vəsaitinin birbaşa terrorizmə xidmət etdiyini qəbul edəcək və bu ölkənin maliyyələşdirilməsini dayandıracaqdır.
[1] https://www.adb.org/sites/default/files/publication/635666/ado2020-update.pdf
[2]http://arka.am/en/news/society/donations_to_hayastan_all_armenian_fund_for_artsakh_exceeds_132_7_million/?__cf_chl_jschl_tk__=a7640d2058909cff9eb21a3231636c47c9440e05-1603641617-0-ASDipQF4YP2xtB1mSjQq7bcoN2gZG13JwMq6cp4yVrsuNcWTq12Vyy9VfK2ojOkjTukw7YqHeWXKnTZWJ2bAr8-bHcy6s8D8cBDDdhBbXA9Kwj-p9pKQFporVTBewgc5ukXPh0ORt47kGQTxeTi9khRiWCU1A5Y3coUz6FMrMoGWc9JlEq--7qR9wQlnQ-OM4GXMWUQbCvi4bw897Nmpmt795b4ZeDXBNYfYreYuFO1v8zegOjbDitv0xUP02pgNC_mU1LJZQk2W00JdyhH9t0cw4Z7eEJXjrAnpfespcN_IV4a9eKHLG3_p6rAdA7iuDuVveSVM9quu0QFDeXc1lt6qwas4ZAApTYXv18WFxX9rmCOQ-ldwNYjFkKjs5G0AZuaTA83LGFdPicE-NiUUEta7V135vq8f1cZxOOiHCFWZf9CeT9I_qKIlRo6J1ZyUFGD3hoKLucYGWjJJEBlPB9s
https://armenpress.am/rus/news/1032828.html
[3] https://www.cia.gov/library/publications/the-world-factbook/geos/am.html
[4] https://www.occrp.org/en/daily/4769-report-says-armenia-a-transit-point-for-drugs-smuggled-to-europe-malaysia
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise