EnterpriseAzerbaijan portalı və Dövlət Məşğulluq Agentliyi startaplara birgə dəstək layihəsi icra edirlər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə “EnterpriseAzerbaijan.com” portalının rəhbəri Mətanət Musayeva, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov və “Alma Cunsalting” şirkətinin direktoru Habil Əhmədov, qarşı tərəfdən isə Agentliyin Beynəlxalq Əlaqələr və Layihələr departamentinin müdiri Hacı Əliyev və Layihələrin idarə olunması şöbəsinin müdiri Taleh Hüseynov iştirak ediblər.
Qeyd edək ki, “EnterpriseAzerbaijan” portalı və Dövlət Məşğulluq Agentliyi arasında startaplara dəstək istiqamətində əməkdaşlıq üçün qarşılıqlı razılıq əldə olunub. Həmin razılığa əsasən Dövlət Məşğulluq Agentliyi “Özünüməşğulluq proqramı” çərçivəsində “Enterprise Azerbaijan” portalına müraciət edən startaplar arasından ən uğurlu hesab edilən üç layihəni dəstəkləyib və onlara aktivlər təqdim edib.
EnterpriseAzerbaijan və Azexport portallarının təşkilatçılığı ilə keçirilən növbəti görüşdə Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinə dəstək alan “İnterno”, “Bonpini”, “HealWith” startap layihələri təqdim edilib. Hər bir layihə barədə təqdimat hazırlanıb və hesabat təqdim edilib. Həmçinin onların hazırki vəziyyətləri və imkanları təhlil olunub, gələcək perspektivləri müzakirə edilib. Eləcə də, Enterprise Azerbaijan və DMA tərəfindən bu layihələrin gələcək inkişafları üçün hər iki qurum tərəfindən dəstək göstəriləcəyi vurğulanıb.
Tərəflər arasında bu formatda olan layihələrin gələcəkdə də davam etdirilməsi qərara alınıb, eyni zamanda hər iki qurum arasında əməkdaşlıqlar və perspektivlər müzakirə olunub.
Qonaqlar, həmçinin EnterpriseAzerbaijan portalının İnkubasiya və Akselerasiya akvariumunu ziyarət edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib