Enterpriseazerbaijan portalı “eazi START” startup məktəbinə təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı www.enterpriseazerbaijan.com portalı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində özündə startap məktəbini,ko-vorkinq məkanını və laboratoriyanı əhatə edən “eazi START” startup məktəbinə təqdim olunub.
www.enterpriseazerbaijan.com portalının meneceri Aytən Məmmədova tələbələrə Portal barədə onlara ətraflı məlumatlar təqdim edib. Startapçı gənclərin iştirak etdiyi müzakirədə bildirilib ki, Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır. Məhz bu səbəbdən gənc startapçıların imkanları genişlənəcək. Bu istiqamətdə olan məlumatlar da rahat və əlçatan olacaq.
A.Məmmədova əlavə edib ki, Portal layihələr üçün həm inkubator, həm də akselerator rolunu oynayacaq.
Təqdimatın ardınca gənclərin sualları cavablandırlıb. Yeni əməkdaşlıq imkanları haqqında danışılıb.
Qeyd edək ki, “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsi Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb. Bu portal Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platformadır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib