EnterpriseAzerbaijan.com portalı “Odlar Yurdu” Universitetində startap təlimi keçirdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Vergilər Nazirliyinin birgə layihəsi çərçivəsində EnterpriseAzerbaijan.com portalı Odlar Yurdu universitetində “Biznesə necə başlamalı” mövzusunda təlim keçirib.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev təlimdə aşılış nitqi edib. Ə.Vəliyev ölkəmizdə təhsil, elm və biznes əlaqələrinin vacibliyini vurğulayıb. O deyib ki, bu mənada “EnterpriseAzerbaijan” portalı gənclərin biznesə başlaması, məşğulluq, texnologiyaların transferi və investisiya cəlb edilməsi baxımından əhəmiyyətli rola malikdir.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd tələbələri, yeni ideya və layihələri həyata keçirmək istəyən startapçıları, o cümlədən kiçik və mikro sahibkarları biznesə başlamanın hüquqi və praktiki tərəfi haqqında məlumatlandırmaqdır.
Bu dəfəki görüşdə də Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru, professor Ələkbər Məmmədov kiçik və mikro sahibkarlara o cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi haqqında ətraflı məlumat verilib.
Daha sonra EnterpriseAzerbaijan.com portalının nümayəndəsi Oruc Dursunzadə portalın funksionallığı və təqdim etdiyi yeniliklər o cümlədən, gənc sahibkarlar üçün yaratdığı imkanlar, yerli və xarici bazarlarına çıxışın yolları haqqında ətraflı məlumat verib. O bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “EnterpriseAzerbaijan” portalı startapların inkubasiya və akselerasiyasına təmənnasız dəstək olur.
“EnterpriseAzerbaijan” portalının meneceri Aytən Məmmədova təlimlərdə iştirak edən gənc startapçı Nərmin Fərzəliyevanın yeni rəsmini Odlar Yurdu universitetinin rektoru Əhməd Vəliyevə təqdim edib.
Qeyd edək ki, EnterpriseAzerbaijan.com portalı ölkəmizin 15-ə qədər universitetində 2000 nəfərə yaxın tələbə ilə görüşərək biznesə başlama və startap barədə maarifləndirici tədbirlər keçirəcək. Tələbələrin uğurlu layihələri EnterpriseAzerbaijan.com portalına daxil ediləcək və bu layihələr maliyyələşdirilmək üçün mələk, toxum və vençur investorlara təqdim olunacaq.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu