EnterpriseAzerbaijan.com portalı "Founders Space" şirkəti ilə danışıqlara başlayıb

EnterpriseAzerbaijan.com portalı "Founders Space" şirkəti ilə danışıqlara başlayıb

EnterpriseAzerbaijan.com global reytinqdə startaplar üçün ən yaxşı İnkubator olan Amerika Birləşmiş Ştatlarının "Founders Space" akselerator şirkəti ilə əməkdaşlıq üçün danışıqlar aparır. Dünya üzrə Forbes jurnalının “Top 10 inkubator” reytinqinin liderı Founders Space dünya miqyasında startaplara təşəbbüs kapitalı və dəstək verən bir akselerator şirkətidir. Founders Space startap təhsili və korporativ innovativ proqramları, habelə ən son texnoloji və investisiya trendlərı ilə bağlı inkişaf etmiş seminarlar təklif edir. Startaplar, texnoparklar, dövlət qurumları, universitetlər və Fortune 100 şirkətləri ilə işləyir və fintek, agrotek, səhiyyə, reklam üzrə Silikon Vadisinə, Avropa, Asiya və Amerika kimi regionlara lazımi proqramlar təqdim edir.

Xatırladaq ki, EnterpriseAzerbaijan.com portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.