EnterpriseAzerbaijan.com Azərbaycan Texniki Universitetində startap təlimi keçirdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterpriseazerbaijan.com portalının Vergilər Nazirliyinin dəstəyilə ilə təşkil edilən “Startapa necə başlamalı: İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda təlimi Azərbaycan Texniki Universitetində keçirilib.
Təlimin açılışı zamanı Universitetin prorektoru İsa Xəlilov ali təhsil ocaqlarında belə görüşlərin təşkilinin tələbələrin gələcək karyerasına dəstək və gənclərin innovativ sahibkarlığı baxımından önəmli olduğunu bildirib.
150-dən artıq tələbənin iştirak etdiyi təlimdə EnterpriseAzerbaijan.com portalının meneceri Aytən Məmmədova Portal və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Azexport.az portalının rəhbəri Zaur Qardaşov Beynəlxalq Ticarət Mərkəzinin (İTC) “Amazonla qazan” layihəsi haqqında tələbələri məlumatlandırıb.
Təlimdə Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlara, o cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi və 2019-cu ilin əvvəlindən başlayaraq tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Enterprise Azerbaijan portalı artıq bir neçə universitetdə 700-dən artıq tələbə ilə belə görüşlər keçirib. Görüşlər mütəmadi olaraq davam etdiriləcək.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu