“Enterprise Georgia” - nın nümayəndələri İİTKM-də olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Gürcüstanın “Enterprise Georgia” –nın tədqiqat və analitik təhlil departamentinin rəhbəri Corc Darçiya ilə görüş keçirilib.
Görüşdə İİTKM-in Strateji Araşdırma və Planlaşma meneceri Vüsalə Cəfərova, xarici əlaqələr meneceri Aytən Məmmədova Azərbaycanda potensial investisiya layihələri barədə investorları məlumatlandıracaq “Enterprise Azerbaijan” portalını təqdim ediblər.
Həmçinin Kiçik və Orta Sahibkarlığa dəstək istiqamətində “Enterprise Georgia” ilə “Enterprise Azerbaijan” arasında təcrübə mübadiləsinin aparılması və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, bu görüş İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) qurumu tərəfindən icra olunan “Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafına dair Strateji Yol Xəritəsinin İcrası və Monitorinqinə Dəstək” layihəsi çərçivəsində keçirilən 2-ci İşçi Qrupun İclası ərəfəsində baş tutub.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır