Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Vergilər nazirliyi ilə birgə startap təlimləri ilə bağlı həyata keçridiyi layihə davam edir.
Yeni ideya və layihələr həyata keçirmək istəyən startapçıları, o cümlədən kiçik və mikro sahibkarları biznesə başlamanın hüquqi və praktiki tərəfi haqqında məlumatlandırmaq məqsədi daşıyan təlim bu dəfə Azərbaycan Universitetində keçirilib.
Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun açılış nitqinin ardınca EnterpriseAzerbaijan.com portalının meneceri Aytən Məmmədova bu startap platforması barədə tələbələrə ətraflı məlumatlar təqdim edib.
Daha sonra Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlara o cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi və 2019-cu ilin əvvəlindən başlayaraq tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verilib.
Azexport portalının rəhbəri Zaur Qardaşov isə Baku E-Commerce Academy ilə birlikdə “Amazon-la qazan” təlimləri barədə tələbələri məlumatlandırıb. O deyib ki, bu təlim yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsətdir. Z.Qardaşovun sözlərinə görə, bu tipli təlimləri uğurla başa vuran insanlar hazırda rəqabətədavamlı sabit gəlir əldə edirlər.
Tədbir zamanı “EnterpriseAzerbaijan” portalının ekosistemində yer alan və British Councilın “Kreativ qığılcım” layihəsinin meneceri kimi fəaliyyət göstərən Oruc Dursunzadə layihənin daha praktiki tərəfləri barədə tələbələrə məlumat verib.
Portala layihəsi daxil edilən və təlim müddətində müzakirənin məzmununu vizual olaraq yaradan gənc startapçı Nərmin Fərzəliyevanın rəsmi menecer Aytən Məmmədova tərəfindən Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımova təqdim olunub.
EnterpriseAzerbaijan.com portalı ölkəmizin 15-ə qədər universitetində 2000 nəfərə yaxın tələbə ilə görüşərək biznesə başlama və startap barədə maarifləndirici tədbirlər keçirir. Tələbələrin uğurlu layihələri EnterpriseAzerbaijan.com portalına daxil ediləcək və bu layihələr maliyyələşdirilmək üçün mələk, toxum və vençur investorlara təqdim olunacaq.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf