Enterprise Azerbaijan və Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan EnterpriseAzerbaijan.com portalı və Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşmaya əsasən, Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi ilə Enterprise Azerbaijan-ın birlikdə “StartUp School” yaratması, potensial investorların tapılmasına dəstək göstərilməsi, akselerasiya mərkəzlərinin təşviqi, Azərbaycandan seçilmiş startapların Nevada Universitetində təcrübə keçmələrinə yardım, xarici ekosistemə uyğun gələn bütün startapların məlumatlandırılması və investisiya imkanlarının araşdırılması, birgə tədbirlərin təşkili, o cümlədən, Özmen Mərkəzinin ekspertlərinin yerli və beynəlxalq tədbirlər zamanı həm mentor, həm də mühazirəçi kimi iştirakı və gələcək perspektivdə görüləcək bir sıra işlər nəzərdə tutulub.
Daha sonra silsilə tədbirlər çərçivəsində EnterpriseAzerbaijan.com portalının təşkilatçılığı ilə Nevada Universiteti, “Barbara Smith Campbell”in İqtisadiyyat üzrə professoru, Beynəlxalq Biznes Proqramları direktoru Mehmet Serkan Tosun tərəfindən Enterprise Azerbaijan və digər inkubasiya mərkəzlərinin startapçıları üçün “Sahibkarlığa dəstək üçün startapların inkişaf etdirilməsi” mövzusunda master-klass keçirilib.
Təlimdə Enterprise Azerbaijan və Sabah.lab Akselerasiya Mərkəzinin müxtəlif yerli və beynəlxalq yarışlarda uğur qazanmış startapları təqdim olunub. Eyni zamanda, gənc startapçılar M.Tosunun dəyərli fikirlərini dinləmək və öz startaplarını beynəlxalq səviyyədə tanıtmaq şansı əldə ediblər. M.Tosun gənclərə öz tövsiyələrini verib və startapdan sahibkarlığa gedən yolda onların hər birinə uğurlar arzu edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib