“Enterprise Azerbaijan”: “Startup School 3” layihəsinə 125 layihə seçildi- Təlimlər başlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramına startapların müraciətləri başa çatıb.
Akselerasiya proqramına 6 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Cənubi Koreya, Qırğızıstan) 150-yə yaxın startap müraciət edib. Onlardan 125 layihə ilkin şərtləri yerinə yetirdiklərinə görə onlayn təlim və mentorluq xidmətlərindən istifadə etmək hüququ qazanıblar.
Onlayn təlim və mentorluq xidmətləri cari ilin avqust, sentyabr və oktyabr aylarında 10 fərqli ölkədən (Azərbaycan, ABŞ, Çin, Almaniya, Türkiyə, Pakistan, Malta, Rusiya, Finlandiya, Estoniya) cəlb edilmiş mütəxəssislər tərəfindən təqdim ediləcək.
Akselerasiya proqramına qəbul olunan iştirakçılara növbəti mərhələlər barədə elektron məktub göndərilib. Proqram çərçivəsində ilk onlayn təlim 4 avqust tarixində təşkil ediləcək.
Noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan “Demo Day” proqramında akselerasiya proqramının ən uğurlu startapları investorlara təqdim ediləcək. “Demo Day” proqramında müxtəlif ölkələrdən (Azərbaycan, ABŞ, Çin, Türkiyə, Pakistan, Malta) vençur fondlarının nümayəndələrinin iştirakı razılaşdırılıb.
Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının həyata keçirilməsində İİTKM-nin operatoru olduğu “Enterprise Azerbaijan” portalı müxtəlif ölkələrdən olan 35 təşkilatla əməkdaşlıq edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib