“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramının finalçıları elan edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramının final mərhələsinə vəsiqə qazanan startaplar müəyyənləşib.
“Beş qitə – 500 Startap” şüarı ilə həyata keçirilən proqrama 15 ölkədən 350-yə yaxın startap müraciət edib. Seçim nəticəsində 233 startap komandası proqramda iştirak hüququ qazanıb. Bu komandaların inkişafına müxtəlif ölkələrin qabaqcıl innovasiya ekosistemlərindən dəvət olunmuş ekspertlərin iştirakı ilə təlim və mentorluq dəstəyi göstərilib. Nəticədə 70 startap komandası final mərhələsinə vəsiqə qazanıb.
Finalçılar öz innovativ məhsul və həllərini 31 oktyabr 2026-cı il tarixində Bakıda keçiriləcək “Demo Day” tədbirində investorlara və digər biznes nümayəndələrinə təqdim edəcəklər.
“Demo Day” tədbiri “TEI Forum 2026” (Trade, Export & Innovation Forum) ilə birgə təşkil olunacaq. Tədbirdə startapların təqdimatları və sərgisi ilə yanaşı, investorlar, sahibkarlar, beynəlxalq ekspertlər, mentorlar, biznes və dövlət nümayəndələri ilə görüşlər, əlaqələrin qurulması və əməkdaşlıq imkanları yaradılacaq.
Finala vəsiqə qazanan startap layihələrinin siyahısı, eləcə də “Demo Day” haqqında ətraflı məlumat üçün “Startup School 4” rəsmi səhifəsinə daxil olun. https://startupschool.ereforms.org/startups/









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib