“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı tərəfindən reallaşdırılan “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının iştirakçılarına fərdi mentorluq dəstəyinə start verilib.
Mentorluq xidmətləri Azərbaycandan və dünyanın qabaqcıl ekosistemlərindən (ABŞ, Çin, Almaniya, Malta, Türkiyə, Estoniya, Rusiya və s.) cəlb olunmuş 30-a yaxın mütəxəssis tərəfindən təmin edilir. Bu zaman hər bir layihəyə fərdi yanaşılır və komandalar hər bir startapın fəaliyyət istiqaməti üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən dəstəklənir.
Fərdi mentorluq mərhələsinə qədər “Startup School 3” iştirakçıları 8 modul üzrə 18 sessiyada 36 saat təlim keçiblər. Təlimlərdə komandalara innovativ ideyalarını real biznes layihələrinə çevirmək və qlobal bazarlara çıxış imkanlarını genişləndirmək üçün nəzəri və praktiki biliklər verilib. Hazırda isə həmin biliklərin tətbiqi imkanlarını genişləndirmək üçün mentorlar iştirakçılarla fərdi qaydada işləyirlər.
Mentorluq dəstəyi proqramın finalı olan “Demo Day” üçün hazırlıq prosesini də əhatə edir. “Demo Day” zamanı startaplar layihələrini beynəlxalq ekspertlər və potensial investorlar qarşısında təqdim edəcək, gələcək inkişaf üçün strateji imkanlar qazanacaqlar.
“Startup School 3” layihəsi çərçivəsində icra olunan “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı startap ekosistemində bilik mübadiləsi, mentor dəstəyi və beynəlxalq əlaqələrin qurulması üçün geniş platforma təqdim edir. Layihə iştirakçıları yalnız nəzəri biliklərlə deyil, həm də praktiki bacarıqlar, qlobal təcrübə və investisiya imkanları ilə təmin olunurlar. Bu təşəbbüs gənc sahibkarların ideyalarını real layihələrə çevirməsinə və dayanıqlı biznes modelləri yaratmasına dəstək verir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu