“Enterprise Azerbaijan” portalı "Take Off Istanbul - 2023"də iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərova "Take Off Istanbul - 2023" startap sammitində (texnofest) iştirak ediblər.
“Enterprise Azerbaijan” bu sammitə Türkiyə Texnologiya Komandası Vəqfinin özəl dəvəti əsasında “Texnofest Azərbaycan” müsabiqəsinin qalibi kimi qatılıb. Tədbirdə “Enterprise Azerbaijan” portalının fəaliyyəti təqdim olunub, beynəlxalq investorlar ilə əməkdaşlıq imkanları müzakirə edilib. Portalın rəhbəri M.Musayeva sammitdə təqdim edilən innovativ layihələrlə tanış olub və süni intellekt sahəsində seçilən beynəlxalq layihələri “StartUp School 2 - AI for Karabakh” müsabiqəsində iştirak etmək üçün Azərbaycana dəvət edib.
Xatırladaq ki, “Enterprise Azerbaijan” portalının rezidenti olan “Ecofriendly” komandası 2022-ci ildə Bakıda keçirilmiş “Texnofest Azərbaycan” müsabiqəsində “Ecoprint” layihəsi ilə “Yaşıl texnologiyalar” kateqoriyasında III yerin qalibi olmuşdu.
Qeyd edək ki, bu il 6-cısı keçirilən "Take Off Istanbul” startap sammitinə ümumilikdə 43 ölkədən 1252 müraciət daxil olub. Bunlardan toxum öncəsi, erkən və inkişaf mərhələlərində olan 200 yerli və xarici layihə müsabiqə mərhələsinə buraxılıb. Startapçılar həmçinin sammit çərçivəsində 100-dən çox investorla görüşmək və ideyalarını izah etmək imkanı əldə ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib