“Enterprise Azerbaijan” portalı “Startup marketing” mövzusunda təlim keçirdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə “Startup marketing: ideya, məhsul və inkişaf strategiyası” mövzusunda təlim keçirilib.
“Enterprise Azerbaijan”” portalının meneceri Aytən Məmmədova bildirib ki, təlimin keçirilməsində məqsəd, startapçıların ideya ve layihələrini inkişaf etdirməsi üçün əsas vasitə ve alətlərin nədən ibarət olduğunu gənc startapçılara çatdırmaqdır. Portalın da əsas qayəsi iştirakçılara həm məlumatlandırma baxımından, həm də akselerator olaraq rol göstərməkdən ibarətdir. Gənc sahibkarlarla ve startapçılarla dünya təcrübəsini bölüşmək məqsədi ilə bu tip təlimlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun apardığı təlimdə iştirakçılara rəqəmsal marketinq, ənənəvi marketinq ve marketinqdə ölçmə hesabatları ilə bağlı yeni məlumatlar təqdim edilib. Təlimdə əsasən Azərbaycanda fəaliyyət göstərən startapçıların, kiçik və orta sahibkarların öz ideya ve layihələrini xarici investorlara tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə danışılıb.
UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarov əlavə edib ki, startapların uğur qazanması üçün ilk öncə diqqət edilməli faktor ideyanın hər hansı problemi həll etməsi və istehlakçılar üçün fayda qazandırmasıdır. Bununla bağlı düzgün istiqaməti müəyyənləşdirmək üçün isə bazar və istehlakçı davranışları üzrə dərin marketinq araşdırmalarının aparılması tələb olunur. Bu anlamda marketinq startap üçün təbliğat, informasiya mübadiləsi, doğru mövqelənmə, məhsulun inkişafı, bazarda seqmentləşdirmə kimi bir çox dəstəkləyici funksiyaları daşımaqdadır.
Qeyd edək ki, “Startup marketing: ideya, məhsul və inkişaf strategiyası” mövzusunda təlimə 20-dən çox kiçik və orta sahibkarlıq fəaliyyəti göstərən şirkətin nümayəndəsi qatılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar