“Enterprise Azerbaijan” portalı startap komandaları üçün intellektual yarış təşkil edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Green Talk” layihəsi çərçivəsində startap komandaları arasında intellektual yarış keçirilib. “Enterprise Azerbaijan” portalı və “SABAH HUB”ın əməkdaşlığı ilə təşkil olunan tədbir "Yaşıl texnologiyalar" mövzusuna həsr olunub.
Yarışda “Enterprise Azerbaijan” portalının "StartUp School 2-AI for Green Solidarity" layihəsinin "Kənd Təsərrüfatı" kateqoriyası üzrə komandaları, eləcə də SABAH.HUB İnnovasiya Mərkəzinin startapçıları birincilik uğrunda mübarizə aparıblar.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva bildirib ki, “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunan tədbirin məqsədi ekoloji sahədə məlumatlılığın artırılması, ətraf mühitin mühafizəsinə diqqətin cəlb edilməsi, gənclərin maarifləndirilməsi və bilik mübadiləsinə cəlb olunmasıdır.
Sonra yarışın moderatoru Türkay Verdiyeva yarışın şərtləri və qaydaları barədə iştirakçılara məlumat verib. İlk turda suallar ölkəmizdə keçiriləcək COP29 tədbiri və “yaşıl” texnologiyalar sahəsinə aid olub. Gərgin mübarizədən sonra Naxçıvan Dövlət Universitetinin “AGROCHAT” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd” komandaları finala vəsiqə qazanıblar. Final mərhələdə isə ekoloji problemlər, onların səbəbləri barədə suallar səsləndirilib. Yarışın nəticələrini “Startup Future” şirkətinin rəhbəri Habil Əhmədov, SABAH.HUB-ın əməkdaşı Məzahir Əhmədov, "Sigma Systems" şirkətinin rəhbəri Kamran Manafzadə münsif qismində qiymətləndiriblər.
Finalda qalib gələn “ClearPath Shepherd” komandasına "Sigma Systems" şirkəti tərəfindən kompüter təqdim olunub. Digər iştirakçılara isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hədiyyələri verilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib