“Enterprise Azerbaijan” Macarıstan nümayəndə heyəti ilə bir sıra qurumlarda görüşlər keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının dəvəti ilə Bakıda səfərdə olan Macarıstanın “Mathias Corvinus Collegium” Universitetinin professor, müəllim və tələbə heyəti bir sıra qurumlarda görüşlər keçiriblər.
“Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross-Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) mövzusunda keçirilən tədbirlərin məqsədi xarici alimlərin, təcrübəli mütəxəssis və sahibkarların, eyni zamanda startapçı tələbə gənclərin cəlb olunması ilə ölkəmizdə innovasiya siyasətinin gücləndirilməsində beynəlxalq əməkdaşlığın rolunun artırılmasıdır.
İlk görüş SABAH.HUB-da təşkil olunub. Qurumun İdarə Heyətinin üzvü Orxan Abbasov tərəfindən keçirilən infoturda qonaqlar Akseleresiya və İnkubasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub, rezident olan startapçılarla görüşüblər. Daha sonra “SABAH.Academy” layihəsinin meneceri Amina Məlikova ilə keçirilən görüşdə Azərbaycanın ali təhsil müəssisələrində innovasiya siyasəti, təhsil ilə sənayenin inteqrasiyası və sahibkarlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.
Növbəti görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilib. Qonaqlar KOB evinin bütün rezidentlərinin iş prinsipləri tanış edilib, onları maraqlandıran suallara ətraflı cavab alıblar. KOBİA İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşovla Azərbaycanda innovasiya siyasəti, vençur kapitalları və sahibkarlığın inkişaf etdirilməsi yolları müzakirə olunub, eyni zamanda ölkə iqtisadiyyatının müasir vəziyyəti, iqtisadi inkişafda innovasiyaların rolu haqqında həm yerli, həm xarici mütəxəssislərin fikirləri dinlənilib.
Macar nümayəndə heyəti Bakı Dövlət Universitetində də olublar. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov qonaqlara təhsil ocağının yaranması, tarixi və burada oxuyan xarici tələbələr haqqında məlumat verib. Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı isə ikili diplomlar, xarici universitetlərlə əlaqələr haqqında danışıb və tələbələrin suallarını cavablandırıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf