Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kommunal xidmətlər sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsi məqsədilə kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqanı yaradıb. Bu barədə şərh verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bildirib ki, yeni yaradılan Agentlik Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında publik hüquqi şəxs statusu ilə yaradılıb.
“Cənab Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasəti nəticəsində ölkədə yaranan əlverişli mühit digər sektorlarla yanaşı tikinti sektoruna da müsbət təsir göstərir və hazırda sözügedən sektora yatırılan investisiya qoyuluşunun səviyyəsi sürətlə bərpa edilir. Yeni tikililərin enerji təchizatı sahəsində həyata keçirilməsi planlaşdırılan işlər kommunal xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasını və dünya standartlarına uyğunlaşdırılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsini zəruri edir.”
Bununla əlaqədar, yaradılan yeni Agentlik elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində aşağıda verilmiş vəzifələri icra edəcək:
- bazar iştirakçıları arasında münasibətlərin tənzimlənməsi;
- müəssisələrin fəaliyyətinin təhlili və restrukturizasiya tədbirləri ilə bağlı təkliflərin verilməsi;
- göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması;
- fəaliyyət göstərən müəssisələrdə sağlam rəqabət mühitinin formalaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
- istehsalın diversifikasiyası və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması;
- mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilinin həyata keçirilməsi.
Burada xüsusilə vurğulanmalıdır ki, enerji təchizatı şəffaf, çevik və sahibkarlar üçün daha əlçatan olacaq.
Kommunal xidmətlər sektorunda fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə imkan verən və sahəyə investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəni təmin edən tənzimləyici qurumun - Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmişdir. Belə ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan kompleks iqtisadi islahatların növbəti mühüm tədbiri qeyri-neft sektorunun inkişafı ilə yanaşı kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi üçün münbit şərait yaradır.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır